Məzmuna keç

Resept:Pomidor dolması

Vikikitab, açıq dünya üçün açıq kitablar

Lazım olan ərzaqlar

[redaktə]
  • Qoyun əti - 163 q.
  • Pomidor - 300 q.
  • Baş soğan - 20 q.
  • Ərinmiş yağ - 20 q.
  • Göyərti (reyhan, keşniş) - 15 q.
  • Darçın - 0,2 q.
  • Qatıq - 50 q.
  • İstiot - 0,1 q.
  • Duz

Hazırlanma qaydası

[redaktə]

Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır. Orta ölçüdə bərk pomidor seçilib təpəsi kəsilir və özəyi çıxarılır. Hazırlanmış pomidora qiymə doldurulur, dayaz qazana yığılır. Üzərinə pomidordan çıxarılmış özəyin yağda qızardılması ilə hazırlanmış sous əlavə edilib öz buğunda bişirilir.