Məzmuna keç

Resept:Pomidor mürəbbəsi

Vikikitab, açıq dünya üçün açıq kitablar

Pomidor mürəbbəsi — pomidordan hazırlanan mürəbbə

Tərkibi

[redaktə]
  • Pomidor - 1 kq;
  • şəkər - 1,3 kq;
  • vanilin - 0,5 q.

Hazırlanma qaydası

[redaktə]

Mürəbbə 4 gün ərzində hazırlanır.

Mürəbbə bişirmək üçün xırda gavalıya oxşar pomidorlar götürülür.

Pomidorlar 5-8 saniyə qaynayan suya salınıb dərhar soyuq suda soyudulur və qabığı təmizlənir. Pomidorların üzərinə qaynar şərbət tökülüb 1 gün saxlanılır. 2-ci gün şərbət süzülür, qaynadılır və pomidorların üzərinə tökülür. 3-cü gün eyni əməliyyat təkrar edilir. 4-cü günü isə mürəbbə hazır olana kimi bişirilir. Ətir üçün vanilin və ya meyvə cövhəri əlavə edilir.

Xarici keçidlər

[redaktə]