Məzmuna keç

Resept:Ponçiklər

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi

[redaktə]
  • 400 qr qatıq
  • 1 yumurta
  • 0,5 st şəkər tozu (zövqə görə bir az artıq da ola bilər)
  • duz, soda
  • 3 x.q. bitki yağı
  • 3 st. un

Hazırlanma qaydası

[redaktə]

Yumurta ilə şəkər tozu yaxşı çalınır. Üzərinə qatıq, soda, yağ, duz əlavə olunur və qarışdırılır. Çox da bərk olmayan xəmir alınana qədər un əlavə olunur. Xəmir yumşaq olmalıdır. Əllərimizi unlayıb xəmirdən halqalar hazırlayırıq. Daha sonra qazanda yağı yaxşıca qızdırırıq, halqaları yağda qızardırıq. Qızardıqdan sonra onları kağız salfetin üzərinə yığırıq ki, əlavə yağ salfetə hopsun. Sonda üzərinə şəkər pudrası əlavə edirik.

Həmçinin bax

[redaktə]

Xarici keçidlər

[redaktə]