Resept:Portağal tortu
Ərzaqlar
[redaktə]12 porsiya üçün nəzərdə tutulub:
- 100 q.yağ
- 50 q. şəkər kirşanı
- 1 ədəd yumurta sarısı
- 150 q. un
- 1 ədəd portağal
- ¼ litr qaymaq
- 50 q. portağal cemi
- 100 q.şəkər
- 6 ədəd yumurta
- 3 ədəd limonun qurudulmuş qabığı
- 50 q. şəkər
- 2 x.q. su
- 2 ədəd saplaqlı gilas
Hazırlanma qaydası
[redaktə]Sobanı 200 dərəcədə qızdırın. Un, yağ, şəkər və yumurta sarısından yaxşıca qarışdırıb xəmir yoğurun. Sonra xəmirin üstünə dəsmalı örtüb, iki saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxaran kimi xəmiri 3mm. qalınlıqda yayın və formalı qaba yerləşdirin. Portağal cemini xəmirin dibinə sürtün. Sonra şəkər, qaymaq, yumurtaları və limonun qabığını qatı köpük alınana qədər yaxşıca çalın. Alınmış məhlulu xəmirin üzərinə töküb 55-60 dəqiqə bişirin.
Portağalın qabığını soyub, nazik dilimlərlə kəsin. Şəkərlə suyu qaynadıb qatı sirop hazırlayın. Sonra portağal dilimlərini 2-3 dəqiqəlik siropa yerləşdirin. Siropu süzün, portağal dilimlərini isə hazır tortun üzərinə qoyun. Tort hazır olandan sonra üzərini gilasla da bəzəyə bilərsiz.