Məzmuna keç

Resept:Qış salatı

Vikikitab, açıq dünya üçün açıq kitablar

Lazım olan ərzaqlar

[redaktə]
  • 3 kq. göy pomidor;
  • 1 kq. şirin bibər (yaxşı olar ki, qırımızı, yaşıl, sarı rəngli bibərlərin qarışığından istifadə olunsun);
  • 1 kq. yerkökü;
  • 1 kq. baş soğan;
  • 400 qr. bitki yağı;
  • 100 qr .şəkər tozu;
  • 100 qr. duz;

Hazırlanma qaydası

[redaktə]

Bütün tərəvəzlər yarımdairə şəklində doğranır, duzlanır və üstü örtülərək bir gecə sərin yerdə saxlanılır. Səhər tərəvəzlərin şirəsi süzülür, sonra yağ 5-10 dəqiqə qaynadılaraq tərəvəzlərin üzərinə tökülür. Bu mərhələdən sonra şəkər tozu əlavə edilərək 30 dəq qaynadılır. Hazır salat bankalara yığılaraq bağlanılır.

Mənbə

[redaktə]