Resept:Qırmızı lobya salatı
Görünüş
Tərkibi
[redaktə]- 1 banka konservləşdirilmiş
- qırmızı lobya
- 2 yumurta
- 3-4 duzlu xiyar
- 1 qırmızı,1 yaşıl və 1 sarı
- bolqar bibəri
- Xama
- duz
Hazırlanması
[redaktə]Qırmızı lobya konservi açılır, suyu süzülür və bir qaba qoyulur. 2 yumurta qaynadılır, soyudulur və rəndənin böyük gözündən keçirilir. Duzlu xiyarlar xırda-xırda doğranır. Qırmızı, yaşıl və sarı bibərlərin hər birindən 1-2 yuvarlaq dilim kəsilib kənara qoyulur, qalan hissələri isə xırda-xırda doğranır. Bütün doğranılanlarla birgə duz və xama əlavə edilib qarışdırılır. Servis edərkən boşqab yaşıl salat və ya ispanaq yarpağı və əvvəlcədən kəsilib ayrılmış bibər dilimləri ilə bəzədilir.