Resept:Qızardılmış badımcan
Görünüş
Tərkibi:
[redaktə]600 qr təzə badımcan, 100 qr yağ, duz və istiot zövqə görə.
Hazırlanma qaydası:
[redaktə]Qızartmaq üçün tünd bənövşəyi, demək olar ki, qara rəngli tər badımcanlar seçilir. Badımcanlar yuyulur, saplaqları kəsilir və uzununa nazik qatlara doğranaraq duzlanır. 10 dəqiqədən sonra acı suyunun çıxması üçün sıxılır. Tavada yağ əridilir və badımcanın hər iki üzü qızardılır. Qızardılmış badımcan süfrəyə pomidorla birlikdə verilir.