Məzmuna keç

Resept:Qarınqulu salatı

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi

[redaktə]
  • Kök - 3-4 ədəd
  • Hislənmiş toyuq döş əti - 450 qr
  • konservləşdirilimiş yaşıl noxud (qorox)
  • soğan
  • mayonez

Hazırlanması

[redaktə]

Əvvəlcə soğanı yarımhalqa doğrayırıq. Sonra soğanı (su+şəkər+sirkə) də marinad edirik, təxminən 1 saat saxlayırıq. Kökü rəndənin kiçik dişindən keçiririk. Sonra kökü tavada azca "öldürürük", yumşaq olsun deyə və soyumağa qoyuruq. Toyuq döş ətini xırda-xırda doğrayırıq. Sonra geniş bir qabda kök, toyuq, noxud və soğanı qarışdırırıq. Mayonez əlavə edib bir daha qarışdırırıq. Başqa bir qaba alıb,üzərini bəzəyirik. Nuş olsun!

Mənbə

[redaktə]