Resept:Qarağat kiseli

Vikikitab, açıq dünya üçün açıq kitablar

Qarağat kiseliAzərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və müalicə məqsədi üçün içilir.

Tərkibi[redaktə]

Bu içkidən 4 pay hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

Qarağat – 100 q, Şəkər – 100 q, kartof nişastası – 40 q, limon turşusu – 0,8 q, su – 760-800 ml.

Hazırlanma qaydası[redaktə]

Qarağat giləmeyvəsini təmizləyin, yuyun və ağac döyəclə, çini və ya emalı qabda əzib, şirəsini stəkana töküb, soyuq yerə qoyun. Cecənin üzərinə su töküb 4-6 dəq. qaynadın və süzün. Alınmış məhlula şəkər əlavə edib, qaynayana qədər qızdırın və kəfin alın. Kartof nişastasını soyuq su ilə qarışdırıb, daim qarışdırmaq şərtilə qaynar kütləyə əlavə edin, sonra qarağat şirəsi qatıb, qaynayana qədər qızdırın. Hazır kiseli stəkanlara və ya formalara töküb, soyuq yerdə saxlayın.

Nişastanı soyuq qarağat şirəsi ilə də qarışdırıb, qaynar kütləyə əlavə etmək olar. Kiselin səthi qurumasın deyə üstünə toz-şəkər səpin.