Resept:Qarabağ kətəsi
Hazırlanması
[redaktə]Məmulatlar: Maya, Su, Bitki yağı, Şəkər, Yumurta, Un, Şəkər tozu, Ərinmiş yağ, Vanilin, duz
İlıq suda mayanı əridib 13 x.q. un tökün, azca duz da qatın. Bunları qarışdırıb isti bir yerə qoyun mayalanmaq üçün (0,5 saat). Mayalanmış kütləni böyük bir qaba töküb, yağı, şəkəri, yumurtanıç biçağın ucunda vanili və duzu əlavə edin. Qarışdırın. Sonra unu töküb yoğurun, xamar xəmir alınmalıdır. Özünə gəlmək üçün 1,5-2 saatlıq saxlayın. Bu müddətdə içi hazırlayın.
Soyudulmuş yağı şəkər tozu ilə yaxşıca çalın, sonra vanilin və un əlavə edin.
Gəlmiş xəmirdən yumruq boyda 10 kündə hazırlayın. Hər kendədən diametri 7-8 sm olan dairəvi kökə yoğurun. Ortasına iç qoyub xəmiri qıraqlardan yığın və bulkanı kğkəyə yoğurun.
Çəngəllə üstünü deşib bəzəyin. Üstünə çalınmış yumurta çəkin. Kətə 200-220 gr Selsiya ilə təxminən 20 dəq bişirilir.