Resept:Qarpız mürəbbəsi
Görünüş
| Qarpız mürəbbəsi | |
|---|---|
| Kateqoriya: | Şərq şirniyyatı |
| Porsiya: | 20 |
| Enerji qiyməti: | 1000-2000 kkal. |
| vaxt: | 10 saat |
| Hazırlanma mürəkkəbliyi: | |
Tərkibi
[redaktə]- Qarpız qabığı - 1kq,
- Şəkər - 1,2kq,
- Vanil - 0,5q,
- Limon turşusu - 1,2q.
Hazırlanma qaydası
[redaktə]Qarpız mürəbbəsi üçün qalınqabıq qarpız növləri götürülür. Əvvəlcə qabığın yaşıl hissəsi nazik kəsilib atılır, düzbucaq və romb (1,5-2) və ya kub (2-3 sm) formasında doğranılır. 0,8-1,0 saat əhəng suyunda saxlanılır. Sonra təmiz yuyulub üstünə qaynar şərbət tökülür, arada 8 saat saxlanılmaqla 3 dəfəyə bişirilir. Hazır olana yaxın lumu turşusu və vanilin əlavə edilir.