Məzmuna keç

Resept:Qarssayağı tikə kabab

Vikikitab, açıq dünya üçün açıq kitablar

Qarssayağı tikə kabab - kabab növüdür.

Azərbaycan xalqının milli yemək növü sayılır.

Qoyun ətindən və qoyun böyrəyindən hazırlanan kabab növü.

Tərkibi

[redaktə]

Hər payına:

  • 350 q qoyun əti,
  • 80 q qoyun böyrəyi,
  • 50 q baş soğan (yarısı marinadlaşdırmaq üçün),
  • Göy soğan,
  • Limon,
  • Cəfəri,
  • Sumaq,
  • İstiot,
  • duz.

Hazırlanma qaydası

[redaktə]

Qoyun cəmdəyinin bel hissəsindən bütöv tikələr və böyrəklər götürülür. Qızartmazdan qabak ət soyuq yerdə 3-4 saat saxsı yaxud minalı qabda soğanla birlikdə marinadlaşdırılır. Bişiriləndə ət böyrəklərlə birlikdə şişə taxılır, duzlanır və manqalda alovsuz közərmiş kömür üzərində qızardılır. Xörək süfrəyə veriləndə yanına soğan, sumaq, limon, istiot və duz qoyulur. Yay vaxtı şişdə qızardılmış pomidor da bunun yanına qoyulur.

Mənbə

[redaktə]

Həmçinin bax

[redaktə]