Məzmuna keç

Resept:Qatıq

Vikikitab, açıq dünya üçün açıq kitablar

Qatıq — süddən hazırlanan qida məhsulu.

Tərkibi

[redaktə]
  • 1 litr təzə süd;
  • 1 yemək qaşığı qatıq.

Hazırlanması

[redaktə]

Evdə qatıq çalmaq üçün südü qaynatdıqdan sonra taxta qaşıqla ən azı 15 dəqiqə qarışdıraraq bişirin. Qaşığı aşağıdan yuxarı doğru hərəkət etdirərək qarışdırsanız, qatığınız daha ləzzətli olar. Sonra südü qatıq çalacağınız qaba tökün. bunun üçün polad və ya saxsı qablara üstünlük verin. Emallı qablarda çalınan qatıqlar sulu olur. Süd orta temperaturda olduqda maya kimi hər litr südə bir xörək qaşığı qatıq əlavə edin. Südün səthindəki qaymağa toxunmadan dibindən qarışdırın. Qazanın qapağını yüngülcə aralı qoyaraq buxarın çıxmasına imkan verin və qazanın üstünü parça ilə bürüyün. Yeri gəlmişkən deyək ki, südü mayalayarkən temperatura çox ciddi diqqət yetirmək lazımdır. Çünki süd çox isti olsa, qatıq sulu olar, çox soyuq olsa, maya tutmaz.

Qatıq uzun müddət qaldıqda üzərinə su yığılır. Qatığın içindəki suyu atmayın. Qatığın bütün vitamin və minerallarının bu suda olduğunu unutmayın. Digər tərəfdən, bu sudan ayran hazırlayarkən də istifadə oluna bilər. Qatıq suyunu duzlayaraq pendirin uzun müddət saxlanmasında da istifadə etmək olar.

Xarici keçidlər

[redaktə]