Resept:Qoşa ürək pirojnaları
Ərzaqlar
[redaktə]Biskvit korju hazırlamaq üçün
[redaktə]- 8 ədəd yumurta;
- 2 stəkan şəkər tozu;
- 2 stəkan un.
Meyvə şərbətini hazırlamaq üçün
[redaktə]- 130 qram şəkər tozu
- 120 ml su
- 1 x.q. çiyələk və ya albalı siropu
Krem hazırlamaq üçün
[redaktə]- 200-250 qram kərə yağı
- 500 ml süd
- 40 qram çiyələkli pudinq (toz halında olan)
- 100-150 qram şəkər
Pirojnaları bəzəmək üçün
[redaktə]- Şokolad
- Qoz ləpəsi
- Hindqozu
Hazırlanma qaydası
[redaktə]Biskvit xəmiri hazırlayıb, korju bişirin. Bişmiş biskvit korjunu 8-12 saat ərzində kənara çəkib saxlayın. Xüsusi ürək formalı qəlib və yaxud kağız trafaretin köməkliyi ilə, korju ürək formasında kəsin. Sonra ayrılıqda hər bir ürək formalı pirojnanı uzununa iki hissəyə bölün.
Meyvə şərbətini hazırlayıb, soyumaq üçün kənara çəkin. Sonra soyumuş çiyələk və ya moruq siropunu hər bir pirojnanın üzərinə qaşıqla gəzdirirsiz, sirop pirojnanın canına çəkməlidir.
Krem hazırlamaq üçün
[redaktə]450 ml südü qazana töküb qaynadın. Qalan 50 ml soyuq südə isə pudinq (toz halında olsun) və şəkər tozu əlavə edib, qarışdırın.
Qaynamış südü odun üzərindən götürün. Üzərinə pudinq və şəkər tozu ilə qarışdırılan soyuq südü əlavə edib, qarışdırın.
Sonra qazanı yenidən odun üzərinə yerləşdirib, 1 dəqiqə ərzində pudinq qatılaşana qədər qaynadın. Soyutmaq üçün kənara çəkin.
Yumşaldılmış kərə yağını çalın. Sonra kiçik porsiyalarla 1 xörək qaşığı ilə pudinqin üzərinə əlavə edib, yenidən yaxşıca çalın.
Kəsilmiş pirojnaların üzərinə krem sürtüb, iki-iki birləşdirin.
Pirojnaların üzərinə krem sürtüb, öz zövgünüzə görə bəzəyin. İstəsəniz sürtkəcdən keçirilmiş ağ şokolad, xırda doğranılmış qoz ləpəsi və hindqozu ilə bəzəyə bilərsiz.