Resept:Qoz mürəbbəsi
Qoz mürəbbəsi | |
---|---|
Kateqoriya: | Şirniyyatlar |
Porsiya: | 20 |
Enerji qiyməti: | 1000-2000 kkal. |
vaxt: | 4 saat |
Hazırlanma mürəkkəbliyi: |
Tərkibi
[redaktə]- Emal edilmiş qoz - 1kq,
- şəkər - 1,5kq,
- lumu turşusu - 3q,
- mixək - 3q, və ya hil - 3q,
- Qeyd:(50 ədəd qoza 1 kq şəkər).
Hazırlanma qaydası
[redaktə]Mürəbbə bişirmək üçün diametri 24 mm-dən az olmayan qabığı odunlaşmamış sütül qoz götürülür. Qozun qabığı nazik soyulur, gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün suda saxlanılır. Sonra qoz əhəng suyuna qoyulur. Gündə 4-5 dəfə qarışdırılmaq şərtilə 2-3 gün əhəng suyunda saxlanılır. Əhəng suyundan çıxarlımış qozları bir neçə yerindən deşdəkləyib yenidən gündə 2-3 dəfə suyunu dəyişmək şərtilə 3 gün suda saxlayırlar. Beləliklə, emal edilmiş qozlar qaynar suda 20/25 dəq. pörtülür. Üzərinə şərbət əlavə edib arada 4-5 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirilir. Axırda lumu turşusu, mixək və ya hil əlavə edilir və ümumilikdə qoz mürəbbəsi 10 gündən az olmayaraq hazırlanır.
Əhəng suyunu hazırlamaq üçün 500q təmiz əhəng 3 litr suda həll edilib, 3-4 saat saxlanılır və çökmüş əhəngin üst qatındakı şəffaf məhlul tənzifdən süzülür.