Resept:Qoz peçenyesi
Tərkibi
[redaktə]- Un – 400 qr.
- Şəkər tozu – 100 qr.
- Kərə yağı – 250 qr.
- Yumurta – 2 ədəd
- Vanil – 1 paket
- Qabardıcı toz – 1 paket
- Qaynanmış qatılaşdırılmış süd – 1 banka
- Bir neçə dənə qoz
Hazırlanması
[redaktə]Yumurtanın ağı ilə sarısı ayrılır. Sarısına şəkər əlavə edib yaxşıca qarışdırılır.
Unu qabardıcı toz və vanillə qarışdırıb, yumşaq halda olan yağı da unun üzərinə töküb yaxşıca çalınır.
Yumurtanın ağı isə köpüklənənə kimi mikserlə qarışdırılır.
Xəmirə yumurtanın sarısını əlavə edilib yenə qarışdırılır.
Sonra çalınmış yumurta ağını da xəmirə töküb, qarışdırılır. Xəmir bir qədər yapışqan kimi olmalıdır.
Qoz tavasını qızdırılıb, yağlanır. Xəmirdən hissələr qopardılır, tavanın formalarının içinə qoyulur və tavanın qapağı örtülür.
4 dəqiqə bişirilir.
Ehtiyatla çıxardılır, kənarları kəsilir.
Blenderdə qozlar və xəmirin artıq kənarları xırdalanır. Sonra onlar qaynanmış qatılaşdırılmış südə əlavə edilib həmcins olana kimi qarışdırılır. (içlik hazırlanır)
Həmin içlik qozun yarısına doldurulur və digər yarısı ilə birləşdirilir.
Mənbə
[redaktə]- 4 dəqiqəyə bişən qoz peçenyeləri. 25.02.2016, sufrem.az (azərb.)