Məzmuna keç

Resept:Qurudulmuş meyvə qarışığından kompot

Vikikitab, açıq dünya üçün açıq kitablar

Qurudulmuş meyvə qarışığından kompot - Qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.

Tərkibi

[redaktə]

Bu içkidən 4 pay hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır:

Alma qurusu – 50 q, armud qurusu – 50 q, ərik qurusu – 40 q, üzüm qurusu – 25 q, şəkər – 100 q, limon turşusu – 0,8 q, su – 3 stəkan.

Hazırlanma qaydası

[redaktə]

Qurudulmuş meyvələr seçilib, bir neçə dəfə isti suda yuyulur, Hər meyvə ayrıca bişirilir və qarışdırılır. Meyvələri bir qazanda ardıcıl əlavə etməklə də bişirmək olar. Bişirilmiş meyvələrin üzərinə limon turşusu qatılmış şəkər şərbəti əlavə olunur. Kompot stəkana tökülüb, soyuduqdan sonra süfrəyə verilir.