Resept:Quymaq
Tərkibi
[redaktə]Buğda unu, Ərinmiş yağ, su, şəkər, darçın
Bişirilmə qaydası
[redaktə]Əsasən quymaq doğuşdan sonra qadınlara, əməliyyatdan sonra hər bir kəsə verirlər. Quymaq çox enerji və qüvvət verir. 3 xörək qaşığı yağı əridib 6 xörək qaşığı unu əlavə etmək. Un yağda açıq qəhvəyi rəng alınca qovrulur (halva olduğu kimi). Kütlə hazırdır, bu 15 dəqiqə vaxt aparır.
Unu qovurarkan, suyu qaynadın. Un hazır olan kimi qazın üstünə daha böyük bir qazan qoyun və un qarışığını bu qazana tökün. Ehtiyatlı olun, kütlə qaynayır, fışıldayır. Arası kəsilmədən qarışdırmaqla üç dəfəyə bir litr qaynar suyu əlavə edin. Unla su bir kütləyə çevrilməlidir. Kütlənin arasına biraz su tökün və qapaqla örtün. Zəif od üzərində 1 saat ərzində bişirin. Quymaq süfrəyə dərin boşqabda verilir. Üstünə darçn və şəkər tozu səpilir.
Güney Azərbaycanda quymağı şəkər şərbət əsasında biçirirlər, su yerinə sirop tökürlər. Onun üçün quymağın üstünə şəkər səpilməyir.