Məzmuna keç

Resept:Türk çörəyi

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi

[redaktə]
  1. 500 q un
  2. 10 q duz
  3. 1 xörək qaşığı zeytun yağı
  4. 10 q şəkər (və ya 2 çay qaşığı bal)
  5. 1 paket quru maya (və ya yarım paket təzə maya)
  6. 350 ml su
  7. 1 yumurta

Hazırlanması

[redaktə]

Bütün inqridiyentləri qarışdırdıqdan sonra, onları təxminən 8 dəqiqə, formaya salmaq üçün asan olan xəmir əmələ gələnə qədər yoğurun. Bir kasanı yağlayın, xəmiri ora qoyun və təxminən 1,5 saat gözlədin. Xəmir qalxdıqdan sonra, tavaya bişirmə kağızı sərin. Xəmiri 2 hissəyə bölün, iki dənə yumru və ya kvadrat çörək düzəldin. Yumurtanı sındırın, bir çay qaşığı su əlavə edin, çalın, sonra isə çörəyin üstünə yayın. Xəmiri bir neçə yerdən barmaqlarınızla deşin, üstünə küncüt və qara zirəni səpin. Təxminən 20 dəqiqə gözlədin. 250 dərəcə temperaturda 7–9 dəqiqə sobada bişirin. [1]

İstinadlar

[redaktə]
  1. http://dadli.az/xemir-ishleri/5299-turk-coreyi-resepti.html