Məzmuna keç

Resept:Timsah görünüşlü ət piroqu

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi

[redaktə]

Xəmir üçün

[redaktə]
  • 1 paket quru maya (11 qram)
  • 2 x.q.şəkər
  • duz
  • 1 yumurta
  • 250 ml ilıq süd
  • 6 x.q.bitki yağı
  • 500 qr un

İç üçün

[redaktə]
  • kiçik boy kələm
  • 2-3 baş soğan
  • 500 qr qiymə
  • duz, istiot

Hazırlanması

[redaktə]

Dərin bir qabda yumruta, şəkər, duz, bitki yağı, süd qarışdırılır, yavaş-yavaş un əlavə edilərək xəmir yoörulur və gəlməsi üçün üstü örtülərək bir kənara qoyulur. İç üçün soğan, qiymə və kələm ayrıca qovrulur. Duzlanır və istiot vurulur. Sonra hamısı qarışdırılır və soyuması üçün qoyulur. Xəmir yayılır, dördbucaqlı formaya gətirilir, kənarlar bəzəkli alətlə kəsilir. Yayılmış xəmir yağlı kağız üzərində duxovka listinə qoyulur, xəmirin ortasına iç qoyulur. Xəmir kənarlardan 3-4 sm enində fotoda göstərildiyi kimi kəsilir. Xəmirin yuxarı hissəsindən timsahın başı, aşağı hissəsindən quyruğu düzəldilir. Əvvəldə kəsilmiş olan xəmir kənarlarından timsahın gözləri, əlləri, burun dəlikləri düzəldilir. Xüsusi mətbəx qayçısı ilə "timsah"ın agız hissısi də düzəldilir. Bişdikdən sonra "timsah" həm isti, həm də soyuq halda yeyilir.

Mənbə

[redaktə]