Resept:Toyuq ləvəngisi
Toyuq ləvəngi — Azərbaycanın milli yeməyi. Əsasən Azərbaycanın Cənub bölgələrində, xüsusilə Lənkəranda hazırlanan yemək növlərindən biridir.
Tərkibi
[redaktə]- Toyuq
- 100 qr xırdalanmış qoz
- 2 orta qırmızı soğan
- 1 xörək qaşığı ərinmiş yağ
- 3-4 xörək qaşığı lavaşana
- Duz, istiot
Hazırlanması
[redaktə]Qoz xırdalanır; amma elə olmalıdır ki, yeyəndə bu xırdalar dişin arasında hiss olunsun. Qərməzə soğan təmizlənib, xırdalanır və tənzifdə sıxılır. Sonra tavada yağsız orta alovda soğanı "ölənə" kimi qızartmaq lazımdır; daha sonra isə soyudulur.
Lavaşananı qayçı ilə xırdalayıb, üstünə yumuşalması üçün isti su tökülür. Vaxtaşırı qarışdırılır, lazım olsa yenə də isti su əlavə edilir. Quru lavaşananın yerinə horra formasında alça pastası da istifadə eləmək olar.
Qoz, soğan, ərimiş yağ, duz, istiot və horra bir qaba tökülür və yaxşı qarışdırılır. Dadı turşməzə-duzlu və bir qədər də acı olmalıdır.
Toyuq yuyulur, yaxşıca təmizlənir.
Toyuq istifadə edildikdə, artıq hissələri – qanadın və budun ucları kəsilib atılır. Bu zaman içlikdən bir qədəri kənara qoyulur. Qalan içlə toyuqun içi doldurulur, qarnı sapla tikilir. Qanadının altı, budları deşilir. Qalan iç toyuğun bayır hissəsinə sürtülür və deşiklərə qoyulur. Bir saat ərzində duxovkada 180 dərəcədə bişirilir.