Məzmuna keç

Resept:Toyuq qutabı

Vikikitab, açıq dünya üçün açıq kitablar

Toyuq qutabı - Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri. Hazırlanma qaydası: ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır. Boşqab ölçüsündə dairələr kəsilir. Toyuq əti əsasən toyuğun yağli bud hissəsindən istifadə olunur. Yumşaq toyuq əti maşından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır. Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş ət qoyulub o, biri tərəfi üstünə qatlanır, aypara şəkilinə salınır, kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır.

Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpilir.

Norma :400 qr toyug əti, 2 baş soğan, 20 qr lavaşana və ya 40 qr nar, 440 qr buğda unu, 100 qr yağ, sumaq, darçın, duz və istiot zövqə görə əlavə edilir.


Xarici keçid

[redaktə]