Resept:Toyuqlu pomidor
Jump to navigation
Jump to search
Lazım olan ərzaqlar[redaktə]
- 7 ədəd pomidor;
- 300 q toyuğun döş əti;
- 100 q mayonez;
- 200 q Holland pendiri;
- Duz, istiot.
Hazırlanması[redaktə]
Pomidorların içini çıxarın. Toyuğun döş ətinə ədviyyatlar qatıb qızardın, pomidorların içinə doldurun. Üstünü mayonez və pendirdən ibarət qalın qatla örtün. 240-260 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.