Resept:Turşulu ət
Turşulu ət — quzu ətindən hazırlanan yeməkdir. Azərbaycan və Türkiyə mətbəxinə aiddir.
İstifadə olunan məhsullar
[redaktə]- 750 qr quzu əti
- 1 qaşıq əridilmiş kərə yağı
- 2-3 ədəd soğan
- 2-3 ədəd pomidor
- Yarım limon
- Duz, qara bibər
- Cəfəri
Hazırlama qaydası
[redaktə]Təzə quzu əti kiçik-kiçik doğranılır. Əgər ət yağlıdırsa yağ qoymadan, əgər yağsızsa içinə yağ əlavə edərək, əvvəlcədən qızdırılmış qazanda öz suyunda qovrulur. Ət rəngi dəyişənə və suyu çəkilənə qədər qovrulur.
Daha sonra, soğanlar və pomidorlar halqa halqa doğranılır və ət qovrulunca qazana soğanları əlavə edib, bir müddət qarışdırılır.
5-10 dəqiqə sonra doğranmış pomidorları əlavə edin. (Hamısını eyni anda da əlavə etmək olar). Qazanın qapağı möhkəm bağlanır və ət yavaş odda 25-30 dəqiqə bişir. Seçimə görə narın doğranmış cəfəri, duz, qara bibər əlavə edilir.
Qazana qaşıq soxmadan, arada bir yelləyərək qarışdırın.
Süfrəyə gətirilərkən üzərinə yarım limon sıxılır.
İsti olaraq yeyilir.