Resept:Xəmiraşı
Görünüş
Xəmiraşı | ||
---|---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi | |
Porsiya: | 3 | |
Enerji qiyməti: | 600-500 kkal. | |
vaxt: | 1 saat. | |
Hazırlanma mürəkkəbliyi: | ||
Lazımdır
[redaktə]- Qoyun əti – 163 q.,
- buğda unu – 35 q.,
- yumurta -1/4 əd.,
- ərinmiş yağ – 10 q.,
- ağ lobya – 20 q.,
- şərab sirkəsi – 10 q.,
- baş soğan – 20 q.,
- keşniş – 20 q.,
- quru nanə – 1 q.,
- istiot, duz.
Hazırlanması
[redaktə]Qoyun əti qiyməsindən hər pay üçün 5-6 ədəd xırda küftəciklər hazırlanır. Lobya ayrıca bişirilir. Mayasız xəmir 1 mm qalınlığında yayılır, üstünə un töküb 5 sm enində nazin lentlər kəsilib əriştə doğranır. Bulyona əvvəlcə ət küftəcikləri salınıb bişirilir, sonra əriştə və bişmiş lobya qatılıb hazır vəziyyətə gətirilir.
Süfrəyə verilməsi
[redaktə]Hazır xörəyə doğranmış göyərti, süfrəyə verdikdə isə quru nanə səpilir. Şərab sirkəsi ayrıca verilir.