Məzmuna keç

Resept:Xartut mürəbbəsi

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi

[redaktə]

Azərbaycanda, xüsusən Abşeron yarımadasında bir çox qara tut sortları yetişir ki, bunlardan da ən keyfiyyətlisi xartut adlanır. Ağ tutdan olduğu kimi qara tutdan da azərbaycanlılar mürəbbə bişirirlər.

Hazırlanma qaydası

[redaktə]

Xartutun iri gilələri seçilir və üzərinə şəkər tozu səpilib 8-10 saat saxlanılır. Mürəbbəni zəif alov üzərində arada 8 saat saxlamaq şərtilə 2-3 dəfəyə bişirirlər. Xartut gilələrinin üzərinə qaynar şərbət töküb ağ tut mürəbbəsi kimi də bişirmək olar. 1 kq xartut üçün 1,3-1,5 kq şəkər götürülür.