Resept:Yabanı göyərtidən qutab
Görünüş
Yabanı göyərtidən qutab | ||
---|---|---|
Kateqoriya: | Azərbaycan mətbəxi | |
Porsiya: | 4 | |
Enerji qiyməti: | 600-500 kkal. | |
vaxt: | 1 saat. | |
Hazırlanma mürəkkəbliyi: | ||
Tərkibi
[redaktə]- Yabanı göyərti (balva, quşəppəyi, quzuqulağı, gicitikən, cincilim və s.) - 400q,
- buğda unu - 150q,
- ərinmiş yağ - 20q,
- lavaşana - 10q,
- yumurta - 1/2 əd.,
- maya - 10q,
- qatıq - 50q,
- kərə yağı - 20q,
- istiot, duz.
Hazırlanması
[redaktə]Göyərti təmizlənir, yuyulur və yağda pörtlədildir. Göyərtiyə duz, istiot və lavaşana qatılıb yaxşıca qarışdırılır. Una yumurta, su, duz və maya qatılıb xəmir yoğrulur. Xəmir gəldikdən sonra kündələnir 2mm qalınlığında kiçik dairələrə yayılır. Arasına göyərti qiyməsi qoyulub aypara şəklində bükülür və qızğın hər iki üzü bişirilir.
Süfrəyə verilməsi
[redaktə]Süfrəyə verdikdə qutabın üstünə ərinmiş kərə yağı tökülür, yanına isə qatıq qoyulur.