Məzmuna keç

Resept:Yerkökü salatı

Vikikitab, açıq dünya üçün açıq kitablar

Ərzaqlar

[redaktə]

2-4 porsiya üçün:

  • 4 ədəd yerkökü
  • 2 xörək qaşığə zeytun yağı
  • 1 stəkan qatıq (çox turş olmasın)
  • 3 diş sarımsaq
  • zövqə görə sarı kişmiş
  • zövqə görə xırda doğranmış qoz
  • zövqə görə duz
  • zövqə görə istiot

Hazırlanma qaydası

[redaktə]
  1. Yerkökülərin qabığını soyun və sürtkəcin iri dişindən keçirin.
  2. Tavada zeytun yağını qızdırın. Yerkökünü yağa əlavə edib, tez-tez qarışdıraraq yerkökülər yumuşalanadək (təxminən 6-7 dəqiqə) buşirin. Bişmiş yerkökülər yumuşaq olsalar da, bir qədər diri qalmalıdırlar. Kənara çəkib, yerköküləri soyudun.
  3. Sarımsağı əzin. Bir qabda qatıqla sarımsağı qarışdırın. Soyumuş yerkökünü, kişmiş və qozu bu qarışıma əlavə edin. Zövqə görə duz, istiot vurun və yaxşıca qarışdırın. Salatın daha da sulu olmasını istəyirsinizsə, ona daha çox qatıq əlavə edin.
  4. Salatı bir az soyuducuda saxlayın. Süfrəyə verməzdən əvvəl, bir qaba qoyub, üzərini qara zeytunla bəzəyin.

Mənbə

[redaktə]