Sarı gəlin/"Sarı gəlin" mahnısının sözləri

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Sarı gəlin

../


Saçın ucun hörməzlər
Gülü sulu dərməzlər
Sarı gəlin
Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu,
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu.
Nə ola bir gün görəm,
Nazlı yarımın üzünü.
Neynim aman, aman,
Neynim aman, aman,
Sarı gəlin.