Məzmuna keç

Sarı gəlin/Azərbaycan türklərinin "anonim" türküsü

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Sarı gəlin

../

Bir neçə ay öncə Ermənistan prezidenti Serj Sarkisyan və Türkiyə prezidenti Abdulla Gül Bursada şam yeməyi zamanı "Sarı gəlin" xalq mahnısından da danışmışdılar. Şam yeməyi vaxtı bu mahnı səsləndirilmişdi. Güllə Sarkisyan arasında belə bir dialoq baş tutmuşdu:

Abdulla Gül: - “Sarı Gəlin” bizdə anonimdir. Sizdə də elədirmi?

Serj Sarkisyan: “Bəli, bizdə də anonimdir. Sarı bizdə dağ deməkdir. Yəni dağlı qız mənası verir. Cənab Gül, görürsünüzmü? Mahnılarımızın və yeməklərimizin nə qədər ortaq bir dadı var”… Sarkisyanı anlamaq olar, yoxsul kültürə sahib olan ermənilər başqasının yaratdıqlarına möhtac bir millət olduğundan başqalarına aid kültürəl dəyərləri özününküləşdirmək psixologiyası ilə yaşayırlar. A.Gülü isə heç anlamaq olmur. O, bu mahnının Azərbaycan türklərinə məxsus olduğunu yaxşı bilir. Amma siyasi maraqlar naminə türk millətinin mədəni sərvətini düşmənin mənimsəməsinə şərait yaratmasaydı kaş.

Türkiyədə qətlə yetirilən erməni jurnalist Qrant Dinkin İstanbuldakı anım mərasimində də hər il eyni şeyi edirlər, Azərbaycan türküsünü erməni mahnısı kimi bir erməninin anım mərasimində səsləndirirlər. Üstəlik, bu anım mərasimi Türkiyə telekanallarına da göstərilir, bir türk qardaşımız çıxıb demir ki, bu Azərbaycan türklərinə aid bir mahnı, hansı səbəbdən bir erməni mərasimində oxudulur? Türkiyədə çoxları çumhurbaşqanı kimi düşünür deyəsən, "Sarı Gəlin”i anonim hesab edirlər...

Milli mənşəyi şübhəli olan Seda Sayan kimi bir müğənnicik isə, canlı yayımda bir erməni seyrçinin bu türkünü “erməni xalq mahnısı” kimi sifariş etməsi üzərinə azərbaycanlı müğənni Günelin etirazına imkan verməməklə özünün kimliyinin ortaya qoydu. Burada yenə də Seda Sayanı anlamaq olar- qadında ermənilərə genetik və ya simpatik sevgi var.

Azəri qızı Günel isə milyonların izlədiyi canlı teleyayımda kəkələyə-kəkələyə bunu təkzib belə edə bilmədi. “Seda sözümü kəsdi” bəhanəsi yerinə düşmür, çünki cəmi bircə qəti cümlə isə məsələyə son qoymaq olardı. Lakin lazımi savad səviyyəsinin çatışmazlığı və siyasi hazırlıqsızlıq buna əngəl törətdi. Milli kimliyini hələ də anlamayan, Azərbaycan türkü olmasına rəğmən özünü qondarma bir milli mənsubiyyətlə (azəri qızı) təqdim edən müğənnimizdən bundan artığını gözləmək də olmazdı zatən...