Məzmuna keç

Sarı gəlin/Son olaraq

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Sarı gəlin

../

...Başımıza gələnlər boş-boşuna deyil, “Tanrı cəzasıdır”- deyə düşünürəm. Sahib çıxa bilmədiklərimizi alır bizdən Tanrı. Bir gün mahnımızı oğurlayırlar, biz gün xalçamızı, bir gün başqa mədəni sərvətlərimizi... Bir gün Babəki, Nizamini farslaşdırırlar, o biri gün torpağımıza göz dikirlər. Niyə əcaba? Bu qədər basqı niyə üstümüzdədir? Türklüyümüzə, türkcəmizə, vətənimizə, ulularımıza sahib çıxmaq istəyənlər Azərbaycanın min illiklərə dayanan möhtəşəm tarixini və zəngin kültürünü saxtalaşdıra, özəlləşdirə biləcəklərinimi düşünürlər?

“Sarı Gəlin” türkün gen yaddaşından silinməz el öyküsüdür, oğuz sözüdür, türk səsidir, onu oğurlamaq, özününküləşdirmək olmaz.