Məzmuna keç

Sosial şəbəkələr/Populyar soaial şəbəkələr

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Sosial şəbəkələr

../

Müxtəlif regionlarda sosial şəbəkələrin populyarlığı müxtəlifdir. Belə ki, MySpace, Facebook, Twitter və LinkedIn sosial şəbəkələri gənclər arasında daha populyardılar və əsasən Şimali Amerika və Avropa ölkələrində tanınırlar. Digər sosial şəbəkələrdən – Nexopia (Kanada), Hi5 və dol2day (Almaniya), Tagged, XING və Skyrock (müxtəlif Avropa ölkələri), Public Broadcasting Service və Orkut (Cənubi və mərkəzi Amerika), Friendster, Multiply, Orkut, Xiaonei və Cyworld (Asiya ölkələri) layihələrini göstərmək olar.

İstifadəçilərin sayına görə MySpace sosial İnternet şəbəkəsi birinci yerdədir. Daha sonra Facebook, Windows Live Spaces, Habbo Hotel və Twitter kimi sosial şəbəkələr liderdilər. Sosial şəbəkələrin populyarlığı ilk növbədə bu şəbəkələrdə qeydiyyatdan keçmiş istifadəçilərin sayına görə təyim edilir