Sosial şəbəkələr/Sosial şəbəkələrin cəmiyyətə təsiri

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Sosial şəbəkələr

../

Bu gün dünyanın müxtəlif yerlərindən minlərlə İnternet istifadəçiləri könüllü olaraq, öz vaxtlarını, təcrübə və biliklərini sosial şəbəkələrdə informasiya mübadiləsinə sərf edirlər. Araşdırmalar göstərdi ki, sosial şəbəkələr çox nəhəng bir informasiya resursudur ki, bu layihələrə dünyanın müxtəlif dillərində, insanlar, hadisələr, məhsullar, təşkilatlar və s. haqqında küllü miqdarda məlumatlar daxil edilir. İnternet istifadəçilərinin çox hissəsi bu informasiyalardan istifadə etməklə ona etibar edirlər. Bu texnologiyadan istifadə müəllimlərin pedoqoji profesionallıqlarının artırılmasında mühüm rol oynayır. XXI əsrin şəbəkəsi adlanan sosial şəbəkələr əsasında qurulan virtual cəmiyyətlər isə ilk növbədə virtual bilik bazasıdır.