Tütünçülük/Tütün zərərvericiləri
Görünüş
Tütünçülük |
Tütünün əsas xəstəlik və zərərvericiləri. Azərbaycan şəraitində tütün bitkisinin əsas zərərvericiləri bunlardır: danadişi, şalolar, tütün tripsi, şaftalı mənənəsi, payız sovkası, pambıq sovkası, məftil qurdları, tarla ilbizi.
Xəstəliklərdən isə yalançı unlu şeh (perenosporioz), kök çürüməsi və qara ayaq, gövdə çürüməsi, virus, bakteriya və s.tütün bitkisinə zərər vurur. Xəstəlik və zərərverıcilərə qarşı mübarizə tütün yetişdirmək üçün qəbul olunmuş tövsiyələrə əsasən aparılmalıdır.