Tətbiqi proqramlar/Giriş
Görünüş
←../ | Tətbiqi proqramlar |
../→ |
Tətbiqi proqram dedikdə müəyyən işi görmək üçün istifadə etdiyimiz proqramlar nəzərdə tutulur. Məsələn, yazı işi üçün Word proqramını, hesablama üçün Excel, təqdimat üçün Power Point, sayt hazırlamaq üçün Front Page, şəkil montajı üçün Photoshop, mühasibat və satış üçün 1C, optik disklərlə işləmək üçün Nero proqramını misal gətirə bilərəm.
Tətbiqi proqram paketlərinin təsnifatı:
- ümumi təyinatlı
- üsulyönlü
- problemyönlü
- qlobal kompyuter şəbəkəsi
- hesablama prosesinin təşkili.
Tətbiqi proqramlar ƏS-nin idarəsi altında işləyir.
Əməliyyat sisteminin tərkib hissəsi olan proqramlar standart proqramlar adlanır və Start - Programs - Accessiories menyusunda yerləşir. Adından göründüyü kimi bu proqramlar sadə işlər görmək üçündür. Bu proqramların vəzifəsi peşəkar proqram olmayan yerdə işi yola verməkdən ibarətdir.