Məzmuna keç

Taxılçılıq/Torpağın gübrələnməsi/Giriş

Vikikitab, açıq dünya üçün açıq kitablar
Taxılçılıq/Torpağın gübrələnməsi

Taxılçılıqda gübrələrin xüsusilə üzvi gübrələrin (peyinin, kompostun və s) fermerlərin öz imkanları daxilində xərcsiz başa gəlməsi və istehsal olunan məhsulun ekoloji təmizliyi nəzərə alınmalıdır. Məlum olduğu kimi üzvi maddələrlə zəngin olan torpaqlar rütubəti daha uzun müddətə özündə saxlamaq qabiliyyətinə malikdir. Üzvi gübrələr (peyin) bitkilərin sağlamlığını təmin etməklə, torpağın bioloji fəaliyyətini artırır, üzvi və kimyəvi mənşəli qida maddələrinin xüsusilə fosforun mənimsənilməsini yaxşılaşdırır, torpağın turşulanmasının qarşısını almaqla torpağı dənəvərləşdirir strukturlu vəziyyətə gətirir.

Fermerlər onu da bilməlidirlər ki, torpağın nəmişlik şərtində şumlanması, tez-tez becərilməsi, sahələrin yandırılması, düzgün gübrələnməməsi kimi hallar torpağın strukturunu pozan ən güclü amillərdir.

Təcrübələrlə öyrənilmişdir ki, bir hektar payızlıq taxıl sahəsindən 25-30 sentner məhsul yığıldıqda həmin hektardan 100-110 kq azot, 25-40 kq fosfor və 70 kq-dan çox kalium mənimsənilir. Ona görə də bu gübrələrin yerli şəraitə uyğun torpaq-iqlim şəraitindən asılı olaraq əsas şum altına və yemləmə şəklində sahələrə aqrotexniki qaydalarda verilməsi çox vacibdir.