Məzmuna keç

Taxılçılıq/Torpağın növbəli əkilməsi

Vikikitab, açıq dünya üçün açıq kitablar
Taxılçılıq

Taxılçılıqda növbəli əkininin torpağın strukturunun saxlanmasında və məhsulun artırılmasında böyük rolu vardır. Məlum olduğu kimi müxtəlif kənd təsərrüfatı bitkiləri eyni bir sahədə ardıcıllıqla becərildikdə bitkilərin hər biri özünə məxsus üsulla torpaqdan qida maddələrinin tükənməsini azaldır.

Əkinlərin növbələşdirilməsi xəstəliklərin inkişafına yol vermir, alaq otlarının azalmasına, torpaq strukturunun yəni torpaq hissəciklərinin və məsamələrinin yaxşılaşmasına səbəb olur. Lakin onuda qeyd etmək lazımdır ki, sahələrin paylara bölünməsi növbəli əkinin keçirilməsini çətinləşdirir. Ona görə də fermerlərin birləşərək torpaqdan istifadə etmələri iqtisadi cəhətdən çox xeyirli və səmərəli ola bilər.