Məzmuna keç

Taxılçılıq/Toxum və səpin haqqında

Vikikitab, açıq dünya üçün açıq kitablar
../ Taxılçılıq

../

Səpində yüksək keyfiyyətli və kondisyalı toxumlardan istifadə olunmalı, səpinə 1,5-2 ay qalmış toxumlar sürməyə və başqa xəstəliklərə qarşı son vaxtlar yaxşı sınaqdan çıxmış preparat ilə dərmanlanmalıdır. Toxumlar mütləq labaratoriya analizindən keçirilməli ən azı ikinci sinifdən aşağı olmamalıdır.

Dənli bitkilərin sort təmizliyi elit əkinlərdə birinci dərəcə üzrə 99,8, ikinci dərəcə üzrə 98, üçüncü dərəcə üzrə isə 97 faiz olmalıdır. Üçüncü sinif toxumun cücərməsi 90 faiz, təmizliyi isə 97 faiz olur. Hərgah bir üçüncü sinif toxum səpmiş olsaq hər hektara 220 kq hesabı ilə toxum səpmək, o zaman bir hektara 30 kq cücərmə qabiliyyəti olmayan ərzaq üçün istifadə oluna bilən məhsul məhv etmiş oluruq.

Səpin başlamazdan əvvəl səpin norması təyin olunmalıdır. Bunun üçün labaratoriyada toxumun təmizlik və cücərmə qabiliyyəti müəyyənləşməli təsərrüfat yararlılığı hesablanmalı 1000 ədəd toxumun mütləq çəkisi bilinməlidir. Səpin norması torpaq-iqlim şəraitindən, bitkidən, sortdan və toxumdan asılı olaraq təyin olunmalı, bir hektara səpin norması milyon ədədlə hesablanmaqla yumşaq buğdalarda 4-5 milyon bərk buğdalarda 3,5-4 milyon, arpada isə 3 milyon cücərən toxum hesabı ilə götürülməlidir.

Payızlıq dənli bitkilərin səpin müddətlərini torpaq iqlim şəraitin uyğun şərti olaraq üç zonaya yuxarı orta və aşağı zonalara bölmək olar. Yuxarı zonada səpinə avqustun axırlarında, orta zonada sentyabrın ortalarında və aşağı nisbətən aran zonalarda isə oktyabrın ortalarından başlamaq lazımdır. Nəzərə almaq lazımdır ki, havanın orta temperaturası müsbət beş dərəcədən (+5) aşağı düşdükdə bitkilərdə böyümə tamam dayanır, bununla qışa hazırlıq qurtarır. Ona görədə havanın orta temperaturası +5 dərəcəyə düşənə qədər ən azı 45-50 gün vaxt tələb olunur ki, bu müddətdə bitkilər tam kollansın qışa hazır olsun.

Payızlıq dənli bitkilərin səpin üsulları və toxumun basdırılma dərinliyidə torpaq iqlim şəraitinə görə müxtəlifdir.

Aparılmış təcrübələr göstərir ki, darcərgəli səpin üsulu daha sərfəlidir. Bu vaxt səpilmiş toxumlar sahəyə daha bərabər paylanır qida sahəsindən toxumlar daim səmərəli istifadə edir və alağın bitməsi üçün boş sahə qalmır.

Toxumun basdırılma dərinliyinin demyə 8-10 sm suvarma 6-8 olmasının daha yaxşı nəticə verilməsi sübut edilmişdir. Əgər toxum dayaz səpilərsə bitkilərin həyatında ən vacib faktor olan kollanma düyünü torpağın səthində olur, hər hansı cuzi bir təsirdən bitki məhv olur.