Hüseyn Arif — "Əziz Tofiq Yusif! Şeirləriniz xoşuma gəldi. Sizdə təbii şairlik istedadı var. Xüsusən, aşıq poeziyasına xas olan axıcılıq, şirinlik hiss olunur".
İsa İsmayılzadə — "Onun (Tofiq Yusifin) xalq poeziyasından faydalanması, təbiət lövhələrini həssaslıqla qələmə alması, təbiiliyə meyl etməsi yaxşıdır".
Məmməd Aslan — "Əzizim Tofiq, "Getdi" rədifli qoşmanı oxudum. Son bir neçə ildə bu şirinlikdə şeir oxumamışdım".
Əmiraslan Şəmsi — "Tofiq Yusifin yumruq boyda ürəyinə dağ boyda məhəbbət yerləşib".