İstifadəçi:54310amil
Görünüş
Latın dili Latın dili! Hər sözündə dünya boyda yük daşıyır , Latın dili! Millət ölüb, dil yaşıyır. "Ana" deyən, "torpaq" deyən, "Vətən" deyən yox bu dildə. Ancaq yenə yaşar bu dil. Sabah bizim ərzimizin Sərhədindən o yana da Qoşar bu dil. Bəlkə... bütün ulduzlar gəzər bu dil. Döyüşlərdə zəfər çalıb Ölən ərə bənzər bu dil. Vətəni yox, Milləti yox. Yaşar özü . Elmlərin təməlidir Əvvəl sözü, axır sözü Kim deyir ki, ölüdür bu? Həkimlərin, Alimlərin, Loğmanların dilidir bu. Bu dil ilə hesablanır ay da, il də. Çiçəklərin, Böcəklərin, Küləklərin , Fələklərin, Adlarını yazın alim Ölü dildə Kim deyir ki, ölüdür bu? Ölülərin dili deyil, Dirilərin dilidir bu. Atlantika sahilində Coşa-coşa, Daşa-daşa: -Mən azadam, mən xöşbəxtəm,- Deyir natiq yad dilində. Söylə, natiq, İndi nəyə inanaq biz- Qulağamı, Ya gözəmi? Əmələmi, Ya sözəmi? "Mən azadam, müstəqiləm" sözlərini Öz dilində deməyə də İxtiyarın yoxsa əgər, De kim sənə azad deyər?... Komalarda dustaq olub ana dilin? Böyük-böyük məclislərdə İtirilib ilim-ilim?.. İclaslarda bir kəlməsi, sözü yoxdur. Bəlkə... onun böyük, rəsmi məclislərə Çıxmaq üçün üzü yoxdur? ...Sən dərdə bax, Vətən də var, Millət də var, Ancaq onun dili yoxdur. Elə bil ki, Güzgü kimi, hamar, şəffaf royalın var dili yoxdur... İndi söylə, Hansı dilə ölü deyək? Vətən varkən, Millət varkən, Kiçik, yoxsul komalarda dustaq olan bir diləmi? Yoxsa uzun əsrlərdən keçib gələn, Xalqı ölən, Özü qalan bir diləmi? Bəxtiyar Vanabzadə