Veb texnologiyaları/PHP

Vikikitab, açıq dünya üçün açıq kitablar
CSS Veb texnologiyaları

ASP

PHP (Personal Home Page tools) – PERL dilini xatırladan interpretə olunmuş dildir ki, onun köməyi ilə web-səhifələrə interaktiv elementlər daxil edilir. PHP dilində yazılmış kod HTML sənədinə altproqram kimi qoşulur. Sənədin interaktiv elemet yerləşəcəyi yerə sadəcə olaraq PHP ssenarisi qoyulur. Serverin PHP skriptləri daxil edilmiş faylları tanımaq üsulları müxtəlifdir və birinci növbədə konkret serverin tipindən asılıdır. Bu cür fayllar .php cenişlənməsi ilə saxlanılır. İstifadə edilən dilin versiyasından asılı olaraq PHP faylları .php2 və ya .php3 cenişlənmələrinə malik olurlar. PHP texnologiyasından istifadə etməklə Web-səhifələrə sayğaclar qoyulur ki, onların köməyi ilə həmin səhifələrə müraciətlərin sayı hesablanır və bu hesablamalar əsasında statistik informasiyalar tərtib olunur. PHP dili parol vasitəsi ilə müraciət yaratmağa imkan verir ki, bu da sənədlərin mühafizəsində geniş istifadə olunur.

Mənfi cəhəti: PHP texnologiyası Internetin bütün serverləri tərəfindən dəstəklənmir.