Veb texnologiyaları/Web-xostinq

Vikikitab, açıq dünya üçün açıq kitablar
XHTML və XML Veb texnologiyaları

Web-sayt yaradılıb hazır olduqdan sonra qarşıya əsas məsələ çıxır: Web-saytın İnternetdə yerləşdirilməsi. Sənədin istifadəçilər tərəfindən baxılması onun İnternet şəbəkəsində hansı ünvanda yerləşdirilməsindən asılıdır. Odur ki, xostinq haqqında əvvəlcədən düşünülməlidir. Belə ki, tələblərinizdən və büdcənizdən asılı olaraq hər hansı uyğun variant seçilməlidir.

Web-xostinq və ya sadəcə olaraq xostinq dedikdə Web-səhifənin İnternet şəbəkəsində hər hansı serverin əvvəlcədən ünvanlaşmış diskində yerləşdirilməsi deməkdir. Şəxsi Web-saytı İnternetdə nəşr etdirmək üçün real olaraq dörd istiqamət mövcuddur.

Birinci istiqamət – pulsuz xostinq. Müəyyən firmalar heç bir xərc tələb etmədən öz serverlərindəki diskdə müəyyən həcmə malik yer ayırmaqla sizə Web-saytı İnternetdə işıqlandırmaq imkanı verirlər. Çox vaxt Web-saytların məzmununa heç bir məhdudiyyət qoyulmur. Lakin İnternetdə ümumi qəbul edilmiş qaydalar nəzərə alınmalıdır: pornoqrafiyanın olmaması, beynəlxalq qanunvericiliyə zidd materiallar, məsələn, müəllif hüquqlarının pozulması və zorakılığa çağırışlar. Qeydiyyatdan keçdikdən sonra istifadəçi elektron poçt vasitəsi ilə qeydiyyata alınmağı və bununla əlaqədar olaraq ona parol və loqin verilməsi haqqında məlumat alır. Bu əməliyyatlardan sonra səhifənin nəşrinə başlamaq olar. Lakin nəzərə alın ki, sizin saytın hər bir səhifəsinə serverin sahibi öz reklamını daxil etmək hüququ var və deməli onların əsas qazanc məmbəyi sizin sayt deyil, sizin saytdakı səhifələrdə yerləşdirilmiş reklamlardır. Nəzərə almaq lazımdır ki, bu reklamlar çox vaxt səhifənin əvvəlində bannerlər şəklində olurlar. Banner fiksə olunmuş ölçüyə malik, hipermətn rolunu oynayan animasiyalardan ibarət reklam təsviridir. Bannerdə yerləşdirilmiş hipermətn Internet şəbəkəsinin hər hansı bir resursuna daxil olmağa imkan verir.

İkinci istiqamət – provayder tərəfindən xostinq. İnternet – provayderlərin çoxu şəxsi səhifəni yerləşdirmək üçün diskdə yer ayırırlar. Bu variant pulsuz xostinq üsulundan daha yaxşıdır:

  • Provayder sizin qarşınızda saytın keyfiyyəti və serverinin düzgün işləməsi üçün məsuliyyət daşıyır;
  • Sizin səhifənizdə yad və lazımsız reklam olmayacaq ki, nəticədə poçt yeşiyinizə lazımsız məktublar daxil olmayacaq;
  • Siz hər zaman texniki dəstək xidmətinə zəng edib növbətçi administratorla istənilən sual ətrafında konsultasiya ala bilər.

Mənfi cəhəti:

  • provayderlərin çoxu öz serverlərində CGI-skriplərindən istifadə etməyə icazə vermirlər;
  • nəşrdən sonra sizin saytın adı uzun və çətin oxunan olur;
  • nəşrdən sonra siz İnternetdən istifadə etməsiniz və ya provayderi dəyişsəniz saytınız o anda serverdən ləğv olunur.

Üçüncü istiqamət – pullu xostinq. Çoxları elə başa düşə bilər ki, pullu xostinq çox baha başa gəlir. Bu elə deyil. Əsas üstünlüyü ondan ibarətdir ki, yuxarıda göstərilən çatışmamazlıqlar pullu xostinqə aid deyillər. Sizin saytın qeydiyatı üçüncü səviyyəli domenlə təmin edilir.