Məzmuna keç

Verilənlər bazası və verilənlər bazasının idarəetmə sistemləri/Verilənlər bazasının yaradılması

Vikikitab, açıq dünya üçün açıq kitablar
Verilənlər bazası və verilənlər bazasının idarəetmə sistemləri

Verilənlər bazasının yaradılması

[redaktə]

Təşkilati nöqteyi-nəzərdən ixtiyari VB-nin yaradılması iki müxtəlif mərhələdən ibarətdir:

  • layihələndirmə mərhələsi;
  • istismar və ya istifadəçi mərhələsi.
  1. Layihələndirmə mərhələsində baza yaradıcıları, yəni proqramçılar və ya baza administratorları orada yerləşdiriləcək informasiyanın tərkibini öyrənir, onu cədvəllərə ayırır, bu cədvəllərin strukturunu, cədvəllər arası əlaqəni, bazaya ola biləcək sorğuları, formaları, hesabatları və s. müəyyənləşdirir, onda yeni obyektlər (məsələn, cədvəl, sorğu, forma və s.) yaradır, onun strukturunu verirlər. Onlar bazanın strukturunu işləyir və bazaya daxil olmağa tam hüquqları var. Bir bazanın bir neçə yaradıcısı ola bilər.
  1. İstifadəçi mərhələsində - baza formaların köməyi ilə informasiya ilə doldurulur (VB-nin sifarişçisi tərəfindən), sorğular vasitəsilə verilənlərin emalı və lazım olan nəticənin hesabatlar şəklində alınması icra olunur. Bir bazanın minlərlə istifadəçisi ola bilər.