Məzmuna keç

Vikikitab:IRC kanalı

Vikikitab, açıq dünya üçün açıq kitablar
Qısayol:
VK:IRC

IRC — çoxlu sayda istifadəçinin virtual otaqda (kanal da deyilir) eyni vaxtda ünsiyyət qurmasını təmin edən vasitədir. Vikipediyanın irc.freenode.net serverinə bağlı olan #wikipedia-az virtual otağı mövcuddur. Bura baş çəkərək kanalda aktiv olan digər vikipediyaçılar ilə söhbət edə, düşüncələrinizi paylaşa, suallarınızı verə bilərsiniz.

Vikipediya söhbət otağına necə daxil ola bilərəm?

[redaktə]

Veb brouzeriniz ilə əlaqə

[redaktə]

Bu üsul bağlantı qurmağın ən asan yoludur.

  • Bura basın
  • "Nickname" bölməsinə öz istifadəçi adınızı yazın.
  • CAPTCHA şifrəsini şəkildəki kimi yazın.
  • Bir az aşağıda yerləşən "Connect" düyməsini basın.

10-15 saniyə ərzində kanal açılacaq. Artıq kanaldakılarla danışa bilərsiniz.

Kompyuterinizə yüklənmiş IRC proqramı ilə

[redaktə]

Kompyuterinizə IRC proqramı yüklənibsə (mIRC, X-chat və ChatZilla kimi), onda bura basa bilərsiniz. Bu əməliyyat avtomatik olaraq IRC programınızı işə salacaq və sizi kanala aparacaq. Əgər avtomatik olaraq işləməzsə, IRC proqramınızı özünüz açıb, mesaj yazılan yerə

/server irc.freenode.net

yazaraq bağlanıb

/join #wikipedia-az 

yazaraq da kanala girə bilərsiniz

Əsas IRC funksiyaları

[redaktə]

İstifadəçi adı dəyişdirilməsi

[redaktə]

IRC-də o anda istifadə etdiyiniz istifadəçi adınızı dəyişdirmək istəsəniz, IRC-ə bağlı olduğunuz zaman, danışmanızı yazdığınız yerə bu əmri yazın və "Enter" düyməsinə basın:

/nick Yeni_ad

Burada Yeni_isim yerinə sizin seçdiyiniz ad yazılmalı

İstifadəçi adı yazılması və istifadəçi adı tanıdılması

[redaktə]

IRC-də istifadə etdiyiniz istifadəçi adının sizə xüsusi olması üçün serverə yaza bilərsiniz. Bunun üçün mesaj yazdığınız yerdə

/ns register Şifrə e-mail

yazın və "Enter" düyməsinə basın (burada şifrə və e-mail sizə aid olmalı). Seçdiyiniz istifadəçi adından sizdən başqa heç kim istifadə edə bilməyəcək və təkrar girmək istədiyinizdə şifrəniz soruşulacaq. Seçdiyiniz şifrə ən az 5 simvoldan ibarət olmalıdır.

Bu halda

/msg nickserv identify Şifrə 

yazaraq özünüzü tanıda bilərsiniz (burada şifrə ilk qeyd olduğunuzda seçdiyiniz şifrədir).

Vikipedia IRC Kanalları

[redaktə]

Bütün vikilərlə əlaqədar IRC kanalları haqqında daha çox məlumat meta IRC (ingiliscə) səhifəsində əldə edə bilərsiniz.

Həmçinin bax

[redaktə]