Vikikitab:Səhifə silmə kriteriyaları

Vikikitab saytından
Jump to navigation Jump to search
Green check.png Bu səhifə Vikikitabın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu, bütün Vikikitabçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə, bu dəyişikliklərin Vikikitabçılar tərəfindən, ilk növbədə isə Vikikitabın idarəçiləri tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa məqalənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin.
Qısayol:
VK:SSK


Kitab və ya məqalənin silinməsi təklifi[redaktə]

Kitaba və ya məqaləyə {{Sil}} şablonu əlavə etməzdən öncə onun tarixçəsinə və müzakirə səhifəsinə baxmaq vacibdir. Ola bilsin ki, məqalənin silinməsi ilə bağlı təkliflər əvvəllər də olmuşdur. Lakin ümumi razılıq nəticəsində saxlanmasına qərar verilmişdir. Tarixçə səhifəsinə baxmaqla bəzən məlum olur ki, məqalə əvvəllər Vikipediya qaydalarına uyğun hazırlanmışdır. Lakin digər istifadəçinin "redaktəsi" nəticəsində pis hala salınmışdır.

Əgər məqalənin silinməsi ilə əlaqədar əvvəllər heç bir təklif edilməyibsə və ya saxlanması ilə əlaqədar verilmiş arqumentlər sizə yetərli görünmürsə məqaləyənin silinməsini təklif edə bilərsiniz.

Müzakirə edilmədən silinən məqalələr[redaktə]

Müzakirə edilmədən silinən məqalələr aşağıda göstərilən şərtləri ödəməlidir:

  • Reklam və spam xarakterli məqalələr;
  • Boş məqalələr;
  • Vandalizm nəticəsində yaradılmış məqalələr;
  • Məqalə başlığı səhv yazılmış yönləndirilən məqalələr;
  • Eyni və ya çox yaxın məzmuna malik başqa məqalənin mövcud olması;
  • Digər dillərdən olduğu kimi köçürülən məqalələr.

Silinməsi müzakirə tələb edən məqalələr[redaktə]

Az əhəmiyyətli məqalələr[redaktə]

VikiKitabda məqalənin əhəmiyyətlilik dərəcəsini təyin etmək çox zaman çətinlik törədir. Belə ki, məqalənin əhəmiyyətliliyi nəzəri və subyektiv anlayışdır. Lakin məqalənin əhəmiyyətli olmasını təyin etmək üçün ilk olaraq mövzu ilə əlaqədar müzakirələr aparılmalıdır.

Həqiqətə uyğunluğu[redaktə]

Məqalənin silinməsinə səbəblərdən biri də oradakı informasiyanın həqiqətə uyğun olmamasıdır. Bu zaman məqalənin bütün informasiyası və ya mətnin çoxluğu şübhə yaradarsa silinə bilər. Əgər məqalənin müəyyən bir hissəsindəki mətn şübhə yaradırsa məqalənin silinməsini təklif etmək düzgün deyil. Məqalədəki informasiyanın həqiqi olması ilə bağlı şübhələrə son qoymaq üçün yeganə üsul - həmin informasiyaya etibarlı mənbələrdən istinad əlavə etməkdir.

Müxtəlif dillərdə olan kitablar[redaktə]

VikiKitabda bəzən müxtəlif əcnəbi dillərdə yazılmış mətnlərə və məqalələrə də rast gəlinir. Həmin yazıların VikiKitabda qalmasını və ya silinməsini idarəçilər müzakirələrlə həll edirlər.

Əcnəbi dildə yazılmış mətn azərbaycanlı müəllifə aiddirsə və ya Azərbaycan mədəniyyəti, tarixi haqqındadırsa həmin məqalələrin VikiKİtabda qalma ehtimalı böyük olmalıdır.

Əcnəbi dildə daxil edilmiş kitablar Azərbaycan dilinə tərcümə edildikdən sonra VikiKitabdan silinə bilər. Kitabın əcnəbi dildəki variantının saxlanması müəllifin istəyindən asılıdır. Müəllif xahişini kitabın müzakirə səhifəsində və ya idarəçiyə e-maillə müraciət edərək bildirə bilər.