Məzmuna keç

Vikikitab:Vikiləşdirmə

Vikikitab, açıq dünya üçün açıq kitablar

Vikiləşdirmə — mətnlərə viki-işarələrin əlavə edilməsi və ya düzəliş edilməsi prosesidir. Bununla bağlı daha ətraflı məlumat əldə etmək üçün Vikikitab:Mətnlərin redaktə qaydaları ilə tanış ola bilərsiniz.

Vikiləşdirmə dedikdə, mətnə daxili və xarici keçidlərin yerləşdirilməsi, mətnin bölmələrə ayrılması, kateqoriyaların və şablonların yerləşdirilməsi, mətnin vizual görünüşünü yaxşılaşdırmaq üçün teqlərdən istifadə, həmçinin yazı üslubunun ensiklopedik üsluba uyğunlaşdırılması və s. əlavə və düzəlişlər nəzərdə tutulur.

Hər bir istifadəçi mətnləri vikiləşdirə bilər. Həmçinin digər istifadəçilərin diqqətini cəlb etmək üçün vikiləşdirilməsinə ehtiyac olan mətnlərə {{Vikiləşdirmək}} şablonu əlavə edilə bilər.