Vikikitab:Yeni kitabın yaradılması
Vikipediya fəlsəfəsinin əsasında hər kəsin yeni məqalə yaradacağı və əvvəlkiləri redaktə edə biləcəyi azad bir ensiklopediya durur. Azərbaycan Vikipediyası da bu fəlsəfəni əsas tutur. Ona görə də Vikipediyanın Vikikitab layihəsini zənginləşdirmək və redaktə etmək istəyən hər bir kəsin redaktə qaydaları ilə tanış olması zəruridir. Redaktə qaydaları çox sadədir.
Tanışlıq
[redaktə]Vikikitab məqalələrini redaktə etmək elə də çətin deyil. Sadəcə məqalələrin yuxarı hissələrində olan "Redaktə" düyməsini basın. Bu, Sizi yeni bir səhifəyə - məqalənin redaktə səhifəsinə istiqamətləndirəcək. Əgər Siz sadəcə sınaq yazısı yazmaq istəyirsinizsə, lütfən bunu "Qaralama dəftəri"ndə edin, məqalələrə müdaxilə etməyin. Məsləhətdir ki, redaktədən sonra etdiyiniz dəyişikliklərin qısa məzmununu altdakı qutuda yazasınız. Etdiyiniz dəyişikliklərin yaddaşa düşmədən necə görünəcəyini bilmək istəyirsinizsə Sınaq göstərişi düyməsindən istifadə edə bilərsiniz.
Həmçinin etdiyiniz dəyişikliklər olan versiyanı və əvvəlki versiyaları müqayisə etmək üçün Dəyişiklikləri göstər düyməsindən istifadə edin. Bu mərhələləri keçdikdən sonra (bu Sizdən asılıdır, istəsəniz dərhal dəyişiklikləri saxlaya bilərsiniz) cəsarətli olun və "Səhifəni qeyd et" düyməsini basın. Sizin dəyişiklikləriniz ani olaraq qeyd edilir və Vikipediyanın digər istifadəçilərinin istifadəsinə verilir.
Məqalələrdə həmçinin müzakirə səhifəsi olur. Müzakirə səhifələrində adətən Vikikitabın digər iştirakçılarının bu məqalə haqqında yazışmaları, mübahisələri öz əksini tapır. Siz də bu yazışmalarda iştirak edə və ya hər hansısa bir məsələni müzakirəyə çıxara bilərsiniz. Bundan ötrü "+" düyməsini basıb yeni sektor yarada və ya "Redaktə" düyməsini basmaqla adi məqalə kimi redaktə edə bilərsiniz.
Bir məsələni də bilməniz vacibdir. Müzakirə, məktublaşma və bəzi bir neçə əlavə viki-proyektlər zamanı imzanızı qeyd edin (bunun üçün İmza və Tarix düyməsindən istifadə olunur). Çünki, Siz həmin səhifələrdə öz şəxsi, subyektiv fikrinizi bildirirsiniz və yazılmış sözün kimə aid olduğunu bilmək digər istifadəçilər üçün vacibdir. Lakin, bu qayda ensiklopedik məqalə səhifələrinə aid edilmir. Edilmiş hər bir dəyişiklik Tarixçəyə qeyd edilir.