Vikimedia/Vikimedia Fondu

Vikikitab, açıq dünya üçün açıq kitablar
(Vikimedia Fondu səhifəsindən yönləndirilmişdir)
../ Vikimedia

../


Vikikitab layihəsi “Wikimedia Foundation Inc.” (Vikimedia Fondu) təşkilatının təşəbbüsü ilə viki texnologiyası əsasında qurulub.

Vikimedia Fondu (Wikimedia Foundation Inc.) qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır və bir sıra başqa azad məzmunlu layihələri idarə edir. Vikimedia, bir neçə sahədə fəaliyyət göstərən bir böyuk layıhədir. Fond 2003-cü ilin 20 iyun tarixində Cimmi Uels tərəfindən yaradılmışdır. Vikimedia Fondu Vikipediya azad ensiklopediyası və MediaViki platforması əsasında işləyir.

Vikikitab da Vikipediya GNU Free Documentation License (GNU azad sənədlərin lisenziyası), və ya GNU FDL (GFDL) lisensiyası əsasında işləyir. Vikikitab yalnız müxtəlif mövzuda (elmi, mədəni, tarixi, siyasi və s.) kitabların yaradılması ilə deyil, eyni zamanda bu kitabların azad yayılmasına imkan yaradır. GFDL lisenziyası Vikikitabdakı materialları istənilən şəxs tərəfindən və istənilən kimi istifadə etməyə icazə verir, bir şərtlə ki, ilkin müəllif göstərilir və materiallar bu lisenziyanın şərtləri üzrə yayılır. GFDL kopileft-lisenziya olub, azad proqram təminatı fondu tərəfindən GNU GPL-ə əlavə kimi işlənmişdir. GNU GPL-in məqsədi istifadəçiyə proqramları köçürmək, şəklini dəyişdirmək və yaymaq hüququnun verilməsi (müəlliflik hüququ qanunlarına görə bunlar qadağan olunublar), eləcə də bütün törəmə proqramların istifadəçilərinin göstərilən hüquqlara malik olmasını təmin etməkdir.

Qeyd: Hüquqların “irsən keçməsi” prinsipi “kopileft” (copyleft) adlanır və Riçard Stollmen tərəfindən düşünülmüşdür.

GFDL istifadəçi dərsliklər, dərs kitabları və kompüter proramlarının müşaət etdiyi digər sənədlər üçün nəzərdə tutulmuşdur. GNU Layihəsinin əsas təşkilatçı sponsoru Free Software Foundation (FSF) – azad proqram təminatı (PT) fondudur. FSF 1985-ci ildə yaradılmış qeyri-kommersiya təşkilatıdır. Riçard Stollmen tərəfindən yaradılan FSF azad proqram təminatı hərəkatını və GNU layihəsini dəstəkləmək məqsədi daşıyır.

FSF, korporasiyalardan və qrant verən qurumlardan çox kiçik miqdarda ödənişlər alır. FSF kompüter programlarını azad şəkildə istifadə etmək, nüsxəsini çıxarmaq, dəyişdirmək, öyrənmək və paylaşdırmaq və azad PT istifadəçilərinin hüquqlarını qorumaq vəzifəsini yerinə yetirir. 2006-cı il FSF fond aktivlərinin 67%-i müxtəlif sponsorlar tərəfindən verilmişdir. Bu dəstək, FSF fəaliyyətini davam etdirməyə kömək edən əsas vasitələrdən biridir. FSF, İnternetdə danışıq, mətbuat və himayədarlıq azadlığını, şəxsi əlaqələr üçün şifrlənmiş proqramın istifadə hüququnu, və özəl inhisarçılar tərəfindən maneə qoyulmayan proqramların yazılma hüququnu dəstəkləyir. Vikimedia Fondunun layihələrini dəstəkləmək məqsədi ilə Metaviki [1] saytı yaradılmışdır. Vikimedia Fondu Vikipediya azad ensiklopediyası və Mediaviki platforması əsasında işləyir.

http://www.mail.wikipedia.org və ya http://www.meta.wikimedia.org/wiki/IRC_channels saytına müraciət etməklə Fondla və onun layihələri ilə bağlı sualları müzakirə etmək mümkündür.

Vikimedia Fondu virtual ensiklopediyanın ingilis dilindəki bölməsinin ən müvəffəqiyyətli məqalələri daxil edilmiş kompakt-disk buraxmaq fikrindədir.