Virtual ensiklopediyalar/Viki texnologiyası
←../ | Virtual ensiklopediyalar |
../→ |
Həmçinin baxın: Haqqında • |
Viki texnologiyası dedikdə “sürətli düzəliş texnologiyası” başa düşülür. Bəzən Viki texnologiyasını “canlı sənədlər texnologiyası” da adlandırırlar. Bir çox istifadəçilər “Wiki” sözünün “what I know is” ifadəsindən alındığını hesab edirlər ki, bunun da mənası “mən nə bilirəm” mənasını verir. Bu ifadə Viki texnologiyasının mənasını təyin edir: hər hansı biliyə malik olan istifadəçi, informasiyanı veb-saytda çap etməklə bu biliyi başqaları ilə bölüşdürür.
Viki texnologiyası İnternet istifadəçisinin veb-saytlarla qarşılıqlı əlaqəsini, İnternetdən çıxmadan səhifənin dəyişdirilməsini, informasiyaların strukturlaşdırılmasını, redaktə olunmasını nəzərdə tutur. Viki texnologiyası virtual məkanda müzakirələr aparmaq, VB, faylların saxlandığı anbar yaratmaq, poçt sistemi, əməkdaşlıq üçün alətdir.
Viki texnologiyasını təyin edən əsas şərtlər
- veb-səhifələrdəki informasiyaların veb-brouzerdə birbaşa dəyişdirilmə imkanının olması və bütün versiyalarin serverdə yadda saxlanılması;
- hiperistinadların generasiyasının avtomatlaşdırılması və veb-səhifələr arasında onların aktuallığının dəstəklənməsi;
- mətnlər üçün HTML dili əvəzinə ona oxşar, lakin daha sadə dilin istifadə edilməsi;
- düzəlişlər tarixcəsinin olması – viki-məqalələrin yarandığı andan başlayaraq istənilən dəyişikliyə baxmaq və bərpa etmək imkanının olması;
- hər kəs tərəfindən veb-məqalələrin redaktə oluna bilməsi.
Mənbə
[redaktə]AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü R.M. Əliquliyev, sektor müdirıəri, İ.Y. Ələkbərova, R.T. Qasımova. İT Maqazim (İnformasiya-Kommunikasiya Texnologiyaları Jurnalı), 02(53)-2008, səh. 5-7.