Məzmuna keç

Vikiuşaq:Dillər

Vikikitab, açıq dünya üçün açıq kitablar

Dil dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil, ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Bu baxımdan xalqın dili – o xalqın dünyası deməkdir.

Alimlərin hesablamalarına görə dünyada təqribən, 7000 dil mövcuddur və bu dillərin yarısından çoxu 8 ölkənin payına düşür: İndoneziya, Meksika, Braziliya, Kamerun, Hindistan, Çin, ABŞ və Rusiya. Dünyada dillərin müxtəlifliyinə görə Hindistan birinci yerdədir. Hindistanda 845 dildə və dialektdə danışırlar. İkinçi yerdə Papua-Yeni Qvineyadır ki, burada 600 dil mövcuddur və burada dillərin çoxluğu bir-birlərindən təcrid olunmuş insan məskənlərinin çoxluğu ilə izah olunur.

Alimlərin fikrinə görə tarix ərzində 9000 dil yox olmuşdur. Təəccüblüdür ki, “ölmüş” dillər içərisində bir zamanlar dünyaya meydan oxumuş, bir çox ölkələri əsarətdə saxlamış qüdrətli dövlətlərin də dilləri vardır. Ölü dillər siyahısına daxil edilmiş dillərdən qədim yunan, latın, sanskrit, assuriya, qədim türk, qədim fars, qədim rus və s. göstərmək olar.